"Twitter”in sahibi İlon Mask bildirib ki, şirkətin baş ofisi San-Fransiskodan köçürülə bilər.
AZXEBER.COM xəbər verir ki, İlon Mask bu barədə Wall Street Journal-ın onlayn CEO Şurasının Sammitində danışıb.
"Twitter”in qərargahını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Mask eyham vurub ki, şirkətin qərargahı əbədi olaraq San Fransiskoda olmaya bilər.
Mask sosial media şirkətini ələ keçirdikdən sonra işçilərin 80 faizi işdən çıxarılıb, Twitter-in baş ofisinin fotoşəkilləri isə otel otağına çevrilib.
Twitter-in keçmiş işçiləri isə Maskın boş əraziləri gecə saatlarına qədər çalışan işçilər üçün otelə çevirdiyini iddia ediblər.
Keçmiş işçilər binada qanunsuz tənzimləmələr edildiyini iddia edib və San Fransisko şəhər rəsmiləri bu iddiaları araşdırmağa başlayıblar.
Qeyd edək ki, Mask 2021-ci ildə sahibi olduğu avtomobil şirkəti Tesla-nın qərargahını Kaliforniyadan Texasa köçürüb.
Mikayıl