Son günlər sosial şəbəkələrdə bir çox istifadəçi "WhatsApp"ın proqram bağlı olduqda belə mikrofonlarından istifadə etdiyini və ekran görüntülərini paylaşdığını bildirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Twitter"in rəhbəri İlon Mask da açıqlama verib.
O açıqlamasında bildirib ki, "WhatsApp-a etibar etmək olmaz".
Çoxlu şikayətlərə səbəb olan bu vəziyyət Android-də gördüyümüz "Məxfilik İdarəetmə Paneli” vasitəsilə diqqət çəkib.
Android 12-dən bəri cihazlarda olan bu funksiya ekranın yuxarı sağ küncünə yaşıl bildiriş əlavə edir və mikrofondan istifadə edildikdə istifadəçiləri xəbərdar edir.
Bəzi istifadəçilər zəng bitdikdən sonra da "WhatsApp"ın mikrofondan istifadə etməyə davam etdiyini bildirsə də, bəzi istifadəçilər proqram bağlı olsa belə, mikrofon icazəsinin arxa fonda aktiv olduğunu bildirirlər.
Qeyd edək ki, "WhatsApp" bu vəziyyətin niyə yarandığı və necə həll olunacağı ilə bağlı heç bir açıqlama paylaşmayıb. Lakin problemin tətbiqlə bağlı xəta ola biləcəyi güman edilir.
Mikayıl