İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi

İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi
DÜNYA
20:59 05.12.2025
89
Amerikalı milyarder, sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası barədə Aİ qanununu pozmasıdır.

Nəşr qeyd edir ki, bu cür addımlar Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

"Avropa Komissiyası belə qənaətə gəlib ki, X platformasındakı "mavi nişan" ödənişli simvolu istifadəçiləri çaşdırır, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır və müvafiq reklam yerləşdirilməsini təmin etməyib", - qərarda deyilir.
OXŞAR XƏBƏRLƏR