İlon Maskın “Twitter”i aldıqdan sonra etdiyi ilk hərəkət eşidənləri təəccübləndirdi

İlon Maskın “Twitter”i aldıqdan sonra etdiyi ilk hərəkət eşidənləri təəccübləndirdi
DÜNYA
11:29 28.10.2022
305
İlon Maskın "Twitter”in 44 milyard dollara alınmasının tamamlandığı bildirməsindən sonra ilk hərəkəti böyük əks-səda yaradıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Maskın ilk işi əsas rəhbərləri işdən çıxarmaq olub.

Məlumata görə, Mask "Twitter”in baş icraçı direktoru (CEO) Paraq Aqraval, baş maliyyə direktoru (CFO) Ned Seqal, baş hüquq və siyasət meneceri Vijaya Qadde və baş məsləhətçi Şon Edgeti işdən çıxarıb.

Qeyd edək ki, iyulun 8-də İlon Mask bir çox müddəaların pozulduğunu əsas gətirərək "Twitter”i almaq müqaviləsini ləğv etdiyini açıqlayıb. Maskın vəkillərinin verdiyi açıqlamada "Twitter”in platformadakı saxta və ya spam hesabları ilə bağlı bir çox məlumat sorğusuna cavab vermədiyini və ya cavab verməkdən imtina etdiyini bildiriblər ki, bu da şirkətin biznes fəaliyyəti üçün vacibdir. Digər tərəfdən "Twitter” isə müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə vermişdi.
 
Aydın
OXŞAR XƏBƏRLƏR