İlon Musk "Cybertruck" iddialarına aydınlıq gətirdi

DÜNYA
11:17 20.08.2024
133
"Tesla”nın sahibi İlon Mask Çeçenistan prezidenti Ramazan Kadırova "Cybertruck” hədiyyə etdiyi iddialarını rədd edib.

AZCEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Mask X sosial şəbəkəsində məsələ ilə bağlı onu tənqid edənlərə cavab verib.
Mask, şirkəti tərəfindən istehsal edilən avtomobili Çeçenistan liderinə hədiyyə etdiyi ilə bağlı iddiaları rədd edərək "Rus generalına "Cybertruck" verdiyimi düşünəcək qədər axmaqsınız?" sözlərini yazıb.

Qeyd edək ki, Kadırov üzərinə quraşdırılmış avtomatla "Cybertruck” idarə edərək çəkdiyi videonu Telegram səhifəsində paylaşıb.  
Kadırov Maska təşəkkür edərək avtomobilin hədiyyə olduğunu vurğulayıb və onu Qroznıya dəvət edib. Avtomobili tezliklə hərbi bölgəyə göndəriləcəyini bildirib. 

İdxal məhdudiyyətinin olduğu "Cybertruck”in Rusiyaya necə çatdığı hələlik məlum deyil.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR