İlon Musk kosmosda köməksiz qalan kosmonavtları bu tarixdə XİLAS EDƏCƏK

DÜNYA
11:14 19.02.2025
176
Amerikalı milyarder iş adamı və Prezident Donald Trampın baş müşaviri İlon Mask, kosmosda köməksiz qalan NASA kosmonavtlarını geri qaytarmaq üçün tarix müəyyən edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təxminən 4 həftə ərzində xilasetmə uçuşunun həyata keçiriləcəyi söylənilib.
 
Musk, NASA kosmonavtlarının Co Bayden rəhbərliyi tərəfindən siyasi səbəblərlə qəsdən kosmosda buraxıldığını müdafiə edərək, xilasetmə əməliyyatı üçün hazırlıqları sürətləndirdiklərini bildirib:

"Biz özündən razı olmaq istəmirik, lakin biz kosmonavtları əvvəllər dəfələrlə uğurla kosmos stansiyasından geri qaytarmışıq. Düşünürəm ki, xilasetmə uçuşunu dörd həftə ərzində edəcəyik. Amma biz son dərəcə ehtiyatlı davranmalıyıq".

Ötən ay Tramp amerikalı milyarder Maska və onun sahibi olduğu SpaceX şirkətinə NASA-nın Boeing şatlının nasazlığı səbəbindən təxminən 8 aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) köməksiz qalan kosmonavtları Yerə qaytarmağa çağırıb.
 
Xatırladaq ki, 61 yaşlı Butch Wilmore və 58 yaşlı Suni Williams 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulu ilə bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərilib.

Lakin Starliner-dəki texniki nasazlıq səbəbindən iki kosmonavtın geri qayıtma tarixi təxirə salınıb ​​və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.

Təxminlərə görə, missiyanı öz üzərinə götürən SpaceX ehtiyat kapsulun buraxılış tarixini təxirə saldığından və onların kosmik stansiyada qalması təqribən 10 ay olacağından iki kosmonavt martın sonu və ya aprelin əvvəlinə kimi Yerə qayıda bilməyəcək.
 
Oksana

OXŞAR XƏBƏRLƏR