"Survivor” yarışması ilə məşhurlaşan atlet Nagihan Karadere internetdə yayılan çılpaq fotolarına görə keçmiş əri Uğur Gökçeni ittiham edir.
AZXEBER.COM axsam.az-a istinadən xəbər verir ki, idmançı bununla bağlı artıq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Nagihanın çılpaq şəkillərinin yayılmasından sonra eks-həyat yoldaşı açıqlama verərək ona təhqiramiz ifadələr işlədib.
Karadere isə ailəli olarkən həmin fotoları Gökçeyə göndərdiyini və onların sosial şəbəkələrdə eks-əri tərəfindən yayıldığını bildirib. Uğuru "çılpaq fotolarımı yayan ərimdir” iddiası ilə məhkəməyə verən Nagihan onun tərəfindən hədələndiyini və şantaj olunduğunu da söyləyib.


