İlqar Həsənova yüksək vəzifə verildi

İlqar Həsənova yüksək vəzifə verildi
SOSİAL
12:31 28.02.2025
228
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

AZXEBER.COM report.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.

Bu vəzifə İlqar Həsənova həvalə olunub. 

O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib. 

E.Bağırov Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin sədri təyin edilib. 
OXŞAR XƏBƏRLƏR