İlqar Məmmədov müxalifəti populizmdə ittiham etdi

İlqar Məmmədov müxalifəti populizmdə ittiham etdi
SİYASƏT
15:51 07.04.2021
543
"Populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq. Seçkiyə hələ var, ona görə xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir. Məsələn, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş ya da acından öldürmüşdülər".

AZXEBER.COM xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

O qeyd edib ki, SSRİ-nin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə tarix və xalq şərait yaradıb. Partiya sədrinin fikrincə, bu cəmləşmə bütün ölkələrdə, daha çox orta əsrlərin sonunda, yeni tarixin əvvəlində baş vermiş bir hadisədir.

İ.Məmmədov deyib ki, bu hadisəni milli inkişaf məqsədləri üçün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var:

"Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı.

Bəs nə etməliyik? Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir.

Bu baxımdan, hazırda oliqarxık çevrələrdə baş verən daxili çəkişmə çox ziyanlıdır. Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib