İlqar Məmmədov sabah azadlığa çıxa bilər- “Əşyaları ilə birlikdə aparılıb”

İlqar Məmmədov sabah azadlığa çıxa bilər-  “Əşyaları ilə birlikdə aparılıb”
SİYASƏT
17:12 21.04.2016
1834
Xəbər verdiyimiz kimi, həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəmə günü bəlli olub. Aprelin 22-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində hərəkat sədrinin məhkəmə prosesi olacaq. Onunla eyni maddə üzrə həbs olunan və ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edəcək. Belə ki, başqan müavini məhkəməyə çağırılıb. Bu barədə ona aprelin 20-də xəbər verilib. Azadlıqda olan bir şəxsin nədən məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunması müəmmalıdır.
Artıq REAL sədri məhkəmədə iştirakdan imtina etməsinə baxmayaraq, Şəkiyə aparılıb. Onun əşyaları da özü ilə bərabər götürülüb. Bu, onun azadlığa çıxacağına olan ümidləri artırıb.
Qeyd edək ki, bu ayın əvvələrindən başlayaraq, İ.Məmmədovun aprelin sonlarında məhkəməsinin olacağı və onun azadlığa buraxılacağı barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu barədə açıqlama verərək, REAL sədrinin azadlığa çıxacağının anonsunu vermişdi.
Sabah keçiriləcək məhkəmə prosesi ilə bağlı musavat.com-a danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərləri təsdiqləyib:
“Doğrudur, İlqar artıq Şəkiyə aparılıb. Əşyaları da özü ilə götürülüb. Açığı inanmırdıq, amma göründüyü kimi, məhkəmə prosesi təyin olundu. Tələsik məhkəmə prosesinin təyin olunduğunu demək düzgün deyil. Çünki çoxdan gözlənilirdi. Nə gözlədiyimizi bilmirik. Prosesdə nələrin olacağını deyə bilmərəm. Xəbərlərdə qeyd olunurdu ki, aprelin sonlarında İlqar Məmmədov azadlığa buraxılacaq. Xəbərlərin nə dərəcədə doğru olduğunu məhkəmədə görəcəyik. Sadəcə, səbirli olmaq lazımdır. Özü ilə aprelin 20-də danışmışıq. Məhkəmənin keçiriləcəyindən xəbərsiz idi. Ona ilk xəbəri mən verdim. Şəkiyə aparılacağı barədə də xəbərsiz idi. Yəqin ki, bizimlə danışdıqdan sonra Şəkiyə aparılıb”.
İ.Məmmədovun vəkili Fuad Ağayev isə bunları deyib:
“Məhkəməyə çox vaxt qalmayıb. Aprelin 22-də məhkəmə baxışı olacaq. Onun Şəkiyə aparılması, əşyalarının özü ilə götürülməsi doğrudur”.
Xatırladaq ki, İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
///“Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”