Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin evinin qarşısında şəhid polkovnikə xatirə lövhəsi qoyulub.
AZXEBER.COM xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin dekabrında şəhid polkovnikə ölümündən sonra Milli Qəhrəman adı verilib.