Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə 2018-ci ildə ilk mahnısını təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, onun yeni mahnısı "Sənsizəm mən" adlanır.
O bildirib ki, bu il sənətində bir çox yeniliklər edəcək:
"Sənsizəm mən" mahnıma çox inanıram. Əminəm ki, bunu hər kəs sevəcək. Sözləri və musiqisi çox təsirlidir. Buna görə də mahnının müəllifi Muxtar Abseynova təşəkkür edirəm. İşlərimin davamı da gələcək. Artıq bir neçə bəstəkarla iş birliyinə başlamağı düşünürəm".