İlyas İsmayılov tədbirdə etiraz etdi: “Biz millət vəkili deyilik...”

İlyas İsmayılov tədbirdə etiraz etdi: “Biz millət vəkili deyilik...”
SİYASƏT
15:17 22.09.2015
1785

Bu gün “Park İNN Hotel”də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində yaradılan www.dailykarabakh.com saytının təqdimat mərasimi keçirlib.

Portal Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə" Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən yaradılıb.

Tədbirdə millət vəkilləri, ictimaiyət nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

Təbirdə çıxış edənlərdən biri də Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov olub. Modern.az-ın məlumatına görə, tədbirin aparıcısı İlyas İsmayılovu “millət vəkili” olaraq təqdim etsə də, o, bu cür təqdimata etirazını bildirib.

“Biz millət vəkili deyilik, deputatıq, gəlin Konstitusiyaya hörmət edək" deyən İ.İsmayılov qanunvericilikdə “millət vəkili” sözünün olmadığını xatırladıb.

Artıq neçə illərdir ki, KİV-də, ictimai diskussiyalarda, telekanallarda və bütün digər mötəbər yerlərdə Milli Məclisin üzvləri həm “deputat”, həm də “millət vəkili” adı ilə təqdim edilir. Son illər “millət vəkili” adı artıq rəsmi müraciət forması kimi leksikonumuza daxil olaraq “deputat” sözünü küncə sıxışıdırıb.

“Azərbaycan Milli Məclisi deputatının statusu haqqında” Qanunda Milli Məclisin üzvləri rəsmi olaraq “deputat” adlanır. Burada heç bir maddədə “millət vəkili” anlayışı əksini tapmayıb. Qanunun 1-ci, 2-ci, 6-çı maddələrində birmənalı olaraq “deputat səlahiyyətləri”, “deputat statusu”, “deputat vəsiqəsi”ndən danışılır. Milli Məclisin 1996-cı ildə qəbul edilmiş Daxili Nizamnaməsində də Milli Məclis üzvləri “deputat” kimi göstərilib.

Amma buna baxmayaraq Milli Məclisin üzvləri onları “millət vəkili” kimi təqdim edərkən heç bir irad bildirimir və bunu “deputat” sözünün sinonimi kimi qəbul edirlər. Hətta onların əksəriyyəti “millət vəkili” sözünü daha üstün tuturlar. Onlara “deputat” əvəzinə “millət vəkili” deyib müraciət edilməsindən daha çox xoşlanırlar.

Bir sıra müşahidəçilərin fikrincə, “millət vəkili” sözü müstəqilliyin ilk illərində Türkiyədən dilimizə keçib. O zaman yeni parlamentarizm ənənlərinin astanasında olan Azərbaycan bununla bağlı terminlərin işlədilməsində xüsusi bir diqqət ayırmayıb. Daha çox həmrəylik notları altında ortaya çıxmış “millət vəkili” anlayışı sonradan "deputat" anlayışı ilə eyni səviyyədə qoyulmağa başlanıb.

Xatırladaq ki, Milli Məclisin keçmiş sədri, mərhum Murtuz Ələsgərov da bir dəfə iclas zamanı deputatların “millət vəkili” adı ilə təqdim olunmasına kəskin etiraz edərək, bu sözü işlətməməyə çağırmışdı. O zaman hüquq professoru qanunda yalnız “deputat” anlayışının olduğunu deyərək, digər ifadələrin hüquqi əhəmiyyət daşımadığını demişdi.

Göründüyü kimi, KİV-də işlədilən “millət vəkili” ifadəsi əslində hüquqi baxımdan düzgün deyil və İlyas İsmayılov haqlı olaraq bu cür təqdimata etiraz edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb