İmam Hatip tərəfdarları haqqında söylədiyi sözlərə görə həbs olunan Gülşən yenidən hakim qarşısına çıxacaq.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İmam Hatip camaatı haqqında söylədiyi sözlərə görə həbs olunan Gülşən işin ikinci iclasında hakim qarşısına çıxacaq.
İclasdan əvvəl mövzu ilə bağlı açıqlama verən vəkili Emre Emek "Müvəkkilimin müdafiəsini eşidən şikayətçilərin əksəriyyəti şikayətlərindən imtina edib", - deyə bildirib.
Xatırladaq ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı.
Ayşən