Çimərlik paltarındakı qızlara pulsuz benzin - FOTOLAR

SOSİAL
11:20 03.08.2016
2332

Tatarıstanın bir neçə yanacaqdoldurma məntəqəsində çimərlik paltarında olan xanım avtomobil sürücülərinə 30 litr benzin pulsuz verilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, aksiyanın şərtlərinə əsasən, çimərlik paltarında olan qızlar özləri yanacaqdoldurma pistoletlərini avtomobillərinin baklarına taxmalı və kassaya yaxınlaşaraq “Do polnogo” (“tam bak doldurun”) sozlərini təbəssümlə deməlidirlər.

Şərtlərə görə, həddi-büluğa çatmış qızlar dikdaban ayaqqabılarda olmalıdır. Qızlar həmçinin, çəkilən şəkil və videolarını təşkilatçı şirkətin internet saytlarında qoyulmasına icazə verməlidirlər.

Aksiyada çox sayda qız iştirak edib.

OXŞAR XƏBƏRLƏR