Çimərlikdə gün vuran yeniyetmə öldü

Çimərlikdə gün vuran yeniyetmə öldü
SOSİAL
12:57 23.07.2025
252
Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

AZXEBER.COM qafqazinfo.az-a istinadən xəbər verir ki, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR