Sumqayıt şəhərində yerləşən çimərlikdə ölüm hadisəsi baş verib.
İyulun 21-də saat 16 radələrində Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.
Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.
Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azər çimərlikdə günvurmadan sonra halı pisləşibmiş. (Qafqazinfo.az)