66 yaşlı kişi görün nəyə görə tutuldu - Çimərlikdə qadınların...

66 yaşlı kişi görün nəyə görə tutuldu - Çimərlikdə qadınların...
SOSİAL
10:55 16.07.2024
173
İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR