2 gün ard-arda çimərliyə gedən adamın başına iş gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Zonquldak şəhərində 2 gün ard-arda dənizə girən Caner Arıkda daha çox əl və ayaqlarda müşahidə olunan isti ödem yaranıb.
Belə ki, İstanbulda zəng mərkəzində çalışan 33 yaşlı Caner Arık avqustun 21-də tətil üçün doğulduğu Zonquldak şəhərinə gedib. Meteorologiya məlumatlarına görə, rütubətin ən yüksək olduğu günlərdə dənizə üz tutan Arık avqustun 23-də bədənində şişkinlik olduğunu görüb.
Ertəsi gün Sağlamlıq Tətbiq və Araşdırma Mərkəzinə gedən Caner Arık Tibb Mütəxəssisi Dr. Abdullah Cüneyt Hocagil və bir çox həkim onu müayinə edib. Müayinə nəticəsində adətən əl və ayaqlarda müşahidə edilən "isti ödem” adlı xəstəliyin Arıkın saç dərisində meydana gəldiyi qənaətinə gəlinib.
Bildirilib ki, onun başından üzünə doğru enən ödemin öz-özünə keçəcəyi gözlənilir.
Həkimlər belə olduqda isti havalarda suyu girməməyi, girdikdə isə çox qalmamağı tövsiyə edib.
Ayşən