"İmişli" "Şəfa"nı məğlub etdi

"İmişli" "Şəfa"nı məğlub etdi
İDMAN
22:46 29.08.2026
125
Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.

Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.

Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR