İmişlidə 17 yaşlı gənc intihar etdi

SOSİAL
11:30 08.05.2016
4186
Aslanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
İmişli sakini özünü asaraq intihar edib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, intihar hadisəsi gecə saatlarında baş verib.
Rayonun Sarxanlı kənd sakini, 1999-cu il təvllüdlü Aslanlı Şahmurad Tofiq oğlu özünü fərdi yaşayış evinin həyətində olan yardımçı evin damından asıb.
Onun meyitini asılmış vəziyyətdə səhər saatlarında bibisi aşkar edib. Ş.Aslanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR