İmişlidə 3 otaqlı ev yanaraq kül olub

İmişlidə 3 otaqlı ev yanaraq kül olub
HADİSƏ
22:34 19.06.2025
651
İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.
 
/Report
OXŞAR XƏBƏRLƏR