İmişlidə ata və oğlu qəzada öldü

SOSİAL
22:21 15.11.2024
378
İmişli rayonuda ağır yol qəzası baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün İmişliyə giriş avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Mercedes” markalı minik avtomobili  "İj” markalı motosiklet ilə toqquşub.

Qəzada motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində, onun atası, sürücü Mübariz İbişov isə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR