İmişlidə azyaşlı qız faciəvi şəkildə öldü

İmişlidə azyaşlı qız faciəvi şəkildə öldü
SOSİAL
21:23 08.01.2018
1861
İmişli rayonunda avtomobil azyaşlını vurub. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR