İmişli rayonun Əliyetməzli kəndində güclü yanğın başlayıb. AZXEBER.COM xəbər verir ki, hadisə kənd ərazisində qamışlıq sahədə qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə davam edir.