İmişlidə maşın piyadanı vurub öldürdü

İmişlidə maşın piyadanı vurub öldürdü
SOSİAL
23:47 21.08.2026
150
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə saat 22 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində qeydə alınıb.

Mürşüd Babaşov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada Kamilə Qurbanovanı vurub, idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR