İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb

İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
SOSİAL
10:13 25.09.2025
153
İmişlidə zəhərlənmə ilə bağlı daha 4 nəfər xəstəxanaya müraciət edib.

TƏBİB-dən AZXÜEBER.COM-a bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
OXŞAR XƏBƏRLƏR