İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib

SOSİAL
13:15 21.01.2020
2691
İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib. 

Bu barədə "Report"a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. 

Məlumatda deyilir: "1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ekshumasiya olunmuş və müvafiq nümunələr götürülmüşdür. Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilmişdir.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:40 30.09.2020

MN: Düşmənə köməyə gələn ehtiyat qüvvələr məhv edilib - VİDEO

14:18 30.09.2020

Peskov: "Rusiya Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyir"

14:14 30.09.2020

Polad Həşimovun anası: Allah əsgərlərimizi qorusun

14:13 30.09.2020

İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdülər

14:10 30.09.2020

Prezidentin çıxışı Yerevanın mərkəzində yayımlandı, düşmən qorxuya düşdü - VİDEO

14:02 30.09.2020

Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

13:57 30.09.2020

Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayıldı - VİDEO

13:54 30.09.2020

FİFA ermənilərin öldürdüyü yeniyetmə futbolçu ilə əlaqədar başsağlığı verdi

13:52 30.09.2020

Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa çağırdı

13:45 30.09.2020

Düşmən topları belə məhv edildi - VİDEO

13:42 30.09.2020

ABŞ-ın hərbi qüvvələri kosmosa yerləşdirmə planı var

13:37 30.09.2020

Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib - RƏSMİ

13:35 30.09.2020

Türkiyə Müdafiə Nazirliyi erməni vəhşiliklərini əks etdirən video paylaşıb

13:23 30.09.2020

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - RƏSMİ MÖVQE

13:17 30.09.2020

Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?”

13:16 30.09.2020

"Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb” - Prezidentin köməkçisi

X Mostbet