“İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım” - Əli Həsənov danışdı

“İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım” - Əli Həsənov danışdı
SOSİAL
14:59 05.09.2020
5160
Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov son vaxtlar barəsində yayılmış məlumatlarla bağlı fikirlərini bölüşüb. 

Ə.Həsənov bununla bağlı fikirlərini "Facebook” hesabımda yayıb. 

O, susqunluğuna səbəb kimi səhhətində yaranmış problemləri göstərib: 

"10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan - Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, "Facebook” hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram”. 

Ə.Həsənovun sözlərinə görə, bəzi xüsusi naqis "qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kompaniya aparırlar:

"Əslində, onlar şəxsimə qarşı belə kompaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc sərf ediblər.

Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bəri çox çirkin üsullarla mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlərə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident R.T.əcəb Tayyib Ərdoğandan siyasi sığınacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!”

O, yayılan məlumatları ağ yalan və böhtan adlandırıb:

"Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun lideri hörmətli R.T.Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu məsləyə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçi kimi köçəcəyəm, qoy buna hər kəs əmin olsun!

Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdurət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum ictimai-siyasi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsit təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!

Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?