Ağ Ev ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mühacirlərin ölkəyə pis genlər gətirməsi ilə bağlı açıqlamalarına reaksiya verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada bu ifadələr "nifrət dolu” kimi qiymətləndirilib.
Belə ki, iştirak etdiyi verilişdə radio aparıcısı Hugh Hewitt-in suallarını cavablandıran Tramp ABŞ-dakı mühacirlərlə bağlı açıqlamalar verib.
Tramp ABŞ-a qeyri-qanuni yollarla daxil olan bir çox immiqrantın qətl törətdiyini və bunun ölkəyə gələn qeyri-qanuni mühacirlərin genlərində olduğununu iddia edib.
Tramp:
"Hazırda ölkəmizdə həddən artıq çox pis genlər var. Ölkəmizə burada olmaması lazım olan 425 min cinayətkarı da gətiriblər" -, deyə bildirib.
Digər tərəfdən, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat brifinqində Trampın sözlərini "nifrət dolu” və "iyrənc” adlandırıb:
"Bu iyrənc, yersiz və nifrət dolu dilin ölkəmizdə yeri yoxdur. Biz bir araya gəlmək hüququna hörmət etməliyik, icmaları bir-birindən ayırmamalıyıq".
Oksana