İmmunitet və peyvənd sertifikatları ilə bağlı VACİB XƏBƏR: Müddətsiz olaraq uzatmaq üçün...

SOSİAL
10:46 26.10.2021
279
"İmmunitet sertifikatı"nın "peyvənd sertifikatı" ilə əvəzlənməsinin qaydaları açıqlanıb. Qaydalara görə vətəndaşlar müddətsiz sertifikat əldə edə biləcəklər. Bunun üçün koronavirusa yoluxmuş və "immunitet" sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq "buster" doza vurdura bilər. "Buster" dozanı vurdurmaqla vətəndaş "immunitet" sertifikatının müddətini müddətsiz olaraq uzadır.

AZXEBER.COM xəbər verir ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiya strategiyasına uyğun olaraq peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən "buster" dozanın da vurulmasına başlanıb

Üçüncü dozanı vurdurmaq üçün yoluxmadan 5 ay sonra randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Pərvin Baxşəliyeva tələb olunan vaxtın ötürüləcəyi təqdirdə prosesin nəcə tənzimlənəcəyinə aydınlıq gətirib.

Qeyd edək ki, bu gün səhiyyə nazirliyi hamilə qadınların vaksin oluna biləcəyi barədə məlumat yayıb. Qeyd edilib ki, risk qrupuna daxil olan və olmayanlara hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer vaksini vurula bilər. Bildirilib ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəz olunacaq.

OXŞAR XƏBƏRLƏR