İmmunitetimizi çökdürən zərərli qidalar

İmmunitetimizi çökdürən zərərli qidalar
SAĞLAMLIQ
15:56 17.11.2023
412

İstifadə etdiyimiz qidalar sağlamlığımız üçün çox mühüm rol oynayır.

 

Ancaq iş həyatı və zaman azlığından qidalanma rejimimizi hazır və ya qablaşdırılmış qidalarla əvəz edirik. Xüsusilə qida sistemi bu nöqtədə əsas rol oynayır. Bəzən bilmədən də olsa immunitetimizi məhv edən qidaları gün ərzində dəfələrlə yeyə bilirik.


AZXEBER.COM immun sistemimizə zərər vurub, onun fəaliyyətini dəfələrlə aşağı salan qidaları sizə təqdim edir:


Mütəxəssislərin sözlərinə görə karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rafine məhsullar, doymuş yağlarla zəngin qidalar və qablaşdırılmış məhsulların həddindən artıq istehlakı immunitet sistemini zəiflədir. Bundan başqa şəkərli içkilər və şirniyyatlar, qızardılmış qidalar, kolbasa və sosis kimi işlənmiş ətlərin həddindən artıq istehlakı immunitetimizə ciddi zərər yetirir.


Qəhvə və çay iltihabı azaltmaqla sağlam immunitet sistemini dəstəkləyə bilən antioksidanlarla zəngindir. Lakin qəhvənin tərkibindəki kofeyin keyfiyyətli yuxuya mane olur. Bu səbəbdən də kofeinli içkiləri gündə bir neçə stəkanla məhdudlaşdırın və yatmazdan ən azı 6 saat əvvəl içməyə diqqət yetirin.

 

 

 

Aysel

 

OXŞAR XƏBƏRLƏR