İmplant etdirən xəstə iflic oldu

SAĞLAMLIQ
00:04 03.08.2022
762
Pasient implant zamanı iflic olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tekirdağda yaşayan S.A-nın implant tətbiqi üçün getdiyi klinikada səhv müalicə nəticəsində ağzı iflic olub.

Belə ki, Tekirdağda 57 yaşlı S.A implant müalicəsi üçün diş həkimi D.N-nin klinikasına müraciət edib. Klinikada implant müalicəsinə başlayan S.A-ya mart ayında implantasiya edilib. İddialara görə, implantasiya proseduru uğursuz olduqda S.A-nın ağzına yeni dişlər qoyulub. İmplant tətbiqi yenidən tamamlandıqdan sonra bu dəfə daha böyük və düzəlməz zərərlər ortaya çıxıb. İkinci səhv tətbiq nəticəsində S.A-nın ağız nahiyəsi iflic olub.

Daha sonra S.A cavabdeh stomatoloqdan 17500 lirə maddi təzminat və 200000 lirə mənəvi təzminat almasını tələb edib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR