İmsakdan sonra yatmaq insan sağlamlığı üçün təhlükəlidir.
Türkiyəli Professor. Dr. Murat Aksu oruc tutanlara məsləhət verib.
AZXEBER.COM-un məlumatına görə, o bildirib ki, imsakdan sonra maksimum 2 saat yatmaq olar.
Çox yatmaq insan sağlamlığı üçün təhlükəlidir. Oruc tutanlar yatmaq qrafiklərinə də yeməklərinə diqqət etdikləri kimi fikir verməlidirlər. Ramazanda uzun müddət ac qaldıqda qanda şəkərin miqdarı azalır ki, bu da yuxusuzluğa səbəb olur. Qeyd edək ki, normal insan gün ərzində minumum 6 saat yatmalıdır. İnsan vücuduna lazım olan yuxu müddətinin doldurulması həyat üçün ən önəmli faktorlardandır.Yuxusuzluq immuniteti zəiflədir, beyin funksialarını pozur. Buna görə də Ramazanda oruc tutmağa görə dəyişən yuxu qrafikini normal nizamlamaq mütləqdir.
Fatimə İbrahimova