İmtahan verməyə gələn taksi sürücüləri sakinləri narahat edir? - ŞİKAYƏT

İmtahan verməyə gələn taksi sürücüləri sakinləri narahat edir? - ŞİKAYƏT
SOSİAL
11:23 22.07.2025
253
Bəlli olduğu kimi, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi imtahanlar keçirilir.
 
Lakin imtahanların keçirildiyi ərazidəki parklanma problemi həmin ərazidə yaşayan sakinləri narahat edir.
 
İmtahan günlərində yüzlərlə sürücü şəxsi avtomobilləri ilə imtahan binası yerləşən əraziyə gəlsələr də, parklanma yerləri tapmadıqlarından məcburi yaşayış binalarının qarşısında avtomobillərini parkinq edirlər.
 
Bu, təbii ki, həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərin, həm də DİM-in ciddi nöqsanlarından biridir.
 
Məsələ ilə əlaqədar sakinlərdən biri AZXEBER.COM-un qaynar xəttinə şikayət xarakterli video ünvanlayıb.
 
Görüntüdə aydın olur ki, sakin evinin qarşısında parkinq problemi yaşayır. Hətta hər binanın qarşısında demək olar ki, hərəkət məhdudiyyəti yaranır.
 
Eyni zamanda, imtahana gələn bəzi sürücülər yolu belə bağlayırlar.
 
Yaranmış xaotik vəziyyətlə əlaqədar Dövlət İmtahan Mərkəzindən rəsmi açıqlama gözləyirik.
 
Həmin videonu təqdim edirik:
 
Mikayıl Mirzəzadə
 
OXŞAR XƏBƏRLƏR