İmtahana buraxılmayan şagird müəllimini qətlə yetirdi

İmtahana buraxılmayan şagird müəllimini qətlə yetirdi
DÜNYA
11:56 07.04.2026
510
Rusiyanın Perm bölgəsində 17 yaşlı yeniyetmə müəllimə bıçaqla hücum edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müəllim aldığı xəsarətdən dünyasını dəyişib.
 
Polis yeniyetməni saxlayıb.

Məlumata görə müəllim Olesya B. 5-9-cu siniflər üçün səhər məşqləri edərkən 17 yaşlı oğlan məktəbin girişində onu gözləyib, sonra ona hücum edərək bir neçə dəfə bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək olmayıb.

Məlum olub ki, 9-cu sinif şagirdi olan yeniyetmə müəlliminə imtahan verməyə icazə verilmədiyi üçün hücum edib.  Zərərçəkən rus dili dərsi deyib və onun sinif rəhbəri olub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR