İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı
SOSİAL
17:43 10.06.2020
978
Mobil telefonla imtahan binasına daxil olmağa nail olan 1 nəfər sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. 

Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

Bundan başqa, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

OXŞAR XƏBƏRLƏR