İmtahanda uğur qazanan taksi sürücülərinin sayı açıqlandı
SOSİAL
21:43 18.03.2026
138
Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı və Gəncə şəhərlərində test imtahanı keçirib.
DİM-dənAZXEBER.COM-a bildirilib ki, imtahan vermək üçün 1646 nəfər qeydiyyatdan keçib. Onlardan 1540- imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1196 nəfər uğur qazanıb.
İmtahanda sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixlərinə dair əlavə məlumat olacaq.
Apellyasiya Komissiyası martın 19-da və 31-də saat 14:00-dan 16:00-dək DİM-in elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.