İmtahandan kəsilən 16 yaşlı gənc özünü asdı

İmtahandan kəsilən 16 yaşlı gənc özünü asdı
11:55 06.06.2012
2814
Ötən gün saat 13:14 radələrində Bakının Qaradağ rayonunda 16 yaşlı gənc özünü asıb. APA-nın məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, rayonun Ümid qəsəbəsində yaşayan 16 yaşlı Rəşad İmranzadə özünü yaşadıqları evdə asıb. O 294 saylı məktəbin 9-cu sinif şagirdi olub.Mərhumun yaxınlarının həkimlərə bildirdiklərinə görə, Rəşad İmranzadə imtahanda yaxşı nəticə əldə edə bilməyib. Ehtimal olunur ki, onun özünə qəsd etməsinə elə bu səbəb olub.
OXŞAR XƏBƏRLƏR