İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb ediləcək? - RƏSMİ

İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb ediləcək? - RƏSMİ
SOSİAL
12:04 29.01.2021
1174
"İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir: 

"İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.

"Hərarəti olanlar da imtahana buraxılmır”, - deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR