Çin 2030-cu ilə qədər Aya ayaq basmağı hədəfləyir

MARAQLI
12:05 30.05.2023
175
Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.

Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu qeyd edib.

Bunun üçün əsas texnologiyaların inkişaf etdirilməsi lazım olduğuna işarə edən Lin gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələri yerinə yetirərək Ayın kəşfiyyat proqramı üçün müstəqil tutum yaratmağı hədəflədiklərini qeyd edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR