Çin ABŞ ilə rüsumlarla bağlı danışıqları rədd etdi

Çin ABŞ ilə rüsumlarla bağlı danışıqları rədd etdi
DÜNYA
16:21 24.04.2025
149
Pekin ABŞ prezidenti Donald Trampın Çinlə tariflərin artırılması ilə bağlı danışıqların aktiv olması ilə bağlı bəyanatını təkzib edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü Hyi Yadong, "Çin-ABŞ ticarət danışıqlarında hər hansı irəliləyişlə bağlı iddia faktiki əsasdan məhrumdur" deyə bildirib.

Çinin dialoq və məsləhətləşmələrə açıq olduğunu deyən sözçü Hı, istənilən məsləhətləşmə və danışıqların qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu vurğulayıb.

Hı, birtərəfli tarif artımlarının təşəbbüskarının ABŞ tərəfi olduğunu ifadə edərək, "ABŞ həqiqətən problemi həll etmək istəyirsə, beynəlxalq ictimaiyyətin və yerli ictimai rəyin rasional səsini dinləməli, Çinə qarşı bütün birtərəfli tarif tədbirlərini ləğv etməli və fikir ayrılıqlarını bərabər dialoq yolu ilə həll etmək yollarını axtarmalıdır" deyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR