Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırdı

DÜNYA
18:05 21.08.2024
136
Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni dünyanın ən böyük nüvə təhlükəsi və strateji risk mənbəyi adlandırıb.

Bunu Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

"Ən böyük inkişaf etmiş nüvə arsenalına malik olan ABŞ öz nüvə triadasının modernləşdirilməsinə böyük sərmayələr yatırmağa davam edir. ABŞ dünyada strateji risklərin və nüvə təhlükələrinin ən böyük yaradıcısıdır”, - o vurğulayıb.

M.Nin, həmçinin ABŞ-ni nüvə arsenalını azaltmağa və nüvə ittifaqlarını genişləndirməyi dayandırmağa çağırıb.
 
///report
OXŞAR XƏBƏRLƏR