Çin ABŞ və Rusiya ilə nüvə danışıqlarından imtina etdi

Çin ABŞ və Rusiya ilə nüvə danışıqlarından imtina etdi
DÜNYA
22:29 27.08.2025
139
Çin rəsmi Vaşinqtonun Pekini nüvə arsenalının azaldılması üzrə danışıqlara cəlb etmək təklifini rədd edib.
 
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli formatda danışıqlarda iştirakı nə ağlabatan, nə də realdır.

"Çin və ABŞ nüvə potensialı baxımından tamamilə fərqli səviyyələrdədir. Pekin öz qüvvələrini milli təhlükəsizlik üçün lazım olan minimum səviyyədə saxlayır və heç bir ölkə ilə silahlanma yarışında iştirak etmir", - diplomat izah edib.

O əlavə edib ki, nüvə tərksilahı üzrə əsas məsuliyyət ən böyük arsenallara malik olan dövlətlərin - ABŞ və Rusiyanın üzərinə düşür.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR