Çin ABŞ-yə xəbərdarlıq etdi

Çin ABŞ-yə xəbərdarlıq etdi
DÜNYA
01:13 28.08.2026
103
Çin ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni genişmiqyaslı sanksiyalara etiraz edib və Vaşinqtona xəbərdarlıq göndərib.

AZXEBER.COM globalinfo.az-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib. Onun sözlərinə görə, Pekin Tehranla qanuni əməkdaşlığının pozulmasına və ya zəiflədilməsinə imkan verməyəcək.

Onun sözlərinə görə, İrana qarşı "iqtisadi müharibə” və "maksimum təzyiq” siyasəti problemin həllinə xidmət etmir. Əksinə, belə addımlar regionda gərginliyi və qarşıdurma riskini daha da artırır.

Lin Jian vurğulayıb ki, Çinlə İran arasında əməkdaşlıq beynəlxalq hüquq çərçivəsində həyata keçirilir və üçüncü tərəflərin təzyiqi ilə bu münasibətlərə xələl gətirilməməlidir.

Çin rəsmisi Pekinin bölgədəki vəziyyəti diqqətlə izlədiyini də bildirib. O qeyd edib ki, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirləri görəcək.
OXŞAR XƏBƏRLƏR