Çin anti-COVID tədbirlərini bərpa edir

Çin anti-COVID tədbirlərini bərpa edir
DÜNYA
23:54 06.08.2025
180
Çinin Quandun əyalətinin səlahiyyətliləri COVID-19 pandemiyası zamanı tətbiq olunan sanitar tədbirləri qismən bərpa ediblər. Bu, əhalini çikunqunya virusundan qorumaq üçün edilir.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, indi əyalətdəki apteklərdən xəstəliyin əlamətlərini yüngülləşdirməyə kömək edən dərmanlar alarkən sənədləri təqdim etmək lazımdır. Alıcılar haqqında məlumatlar yoluxma hallarını qeyd etmək üçün sanitar nəzarət orqanlarına verilir.

Bildirilir ki, virusu daşıyan ağcaqanadların çoxalması ilə bir aydan az müddətdə təkcə Foşan şəhərində 7000-dən çox insan bu xəstəliyə yoluxub.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR