"Çin-Azərbaycan münasibətləri dövlət başçılarının strateji tərəfdaşlıq nümunəsidir" - Deputat

"Çin-Azərbaycan münasibətləri dövlət başçılarının strateji tərəfdaşlıq nümunəsidir" - Deputat
SİYASƏT
11:07 25.04.2025
1048
"Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri zamanında olan məsələdir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında deputat Azər Badamov Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib.

Parlamentari qeyd edib ki, dövlət başçımız səfərindən öncə nüfuzlu Sinxua agentliyinə müsahibə verərək bir sıra vacib mətləblərə toxunub:

"Nəzərə alsaq ki, dövlət başçımız səfərə başlamadan öncə Sinxua Xəbər Agentliyinə müsahibəsində bir sıra mətləblərə toxunarkən onu əsas vurğuladı ki, Çin ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalır və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir”.

"Səfər öncəsi eyni notlar üzərində açıqlama Çin tərəfindən də verildi. Belə ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Jiakun bildirdi ki, Əliyevin səfəri zamanı Prezident Si onunla ikitərəfli münasibətlərin inkişafı üçün yeni planın hazırlanması üçün danışıqlar aparacaq”.

A.Badamov bildirib ki, Çin-Azərbaycan münasibətləri dövlət başçılarının rəhbərlik etdiyi strateji tərəfdaşlıq nümunəsidir:

"İkitərəfli və çoxtərəfli kontekstdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Bu onu göstərir ki, Çin-Azərbaycan münasibətləri dövlət başçılarının rəhbərlik etdiyi strateji tərəfdaşlıq nümunəsidir. Mövcud səfər yaşıl enerji, turizm və digər əsas sahələrə diqqət yetirməklə iki xalq arasında əməkdaşlığı daha da gücləndirəcək. Müəyyən ölkələrin tariflərin silahlaşdırılması nəticəsində yaratdığı qeyri-müəyyənliklər fonunda hər iki ölkə addımlarında azad ticarət və "win-win” əməkdaşlığa sadiqliyin cəlbediciliyini vurğulayırlar. Dövlət başçımızın 2014 və 2015-ci illərdə Çinə əvvəlki səfərlərini, həmçinin 2019-cu ildə Pekində keçirilən "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq üzrə ikinci forumunda iştirakı zamanı Çin sədri ilə görüşləri və səmərəli müzakirələri ilə bugünkü münasibətlərin təməlində güclü dayanır. Məhz qarşılıqlı səfərlərin və imzalanmış ikitərəfli sənədlər sayəsində bu gün Azərbaycanla Çin atrasında ticari iqtisadi əməkdaşlıq dərinləşməkdədir. Kəmər və yol layihəsinə qoşulmağımız və Orta dəhliz çərçivəsində  ərsəyə gətirdiyimiz beynəlxalq nəqliyyat logistik komunikasiyaları böyük bir coğrafiya arasında körpülər yaratmışdır. Bu baxımdan Azərbaycanla Çin arasında əməkdaşlığın böyük perespiktivlərinin olduğunu desək yanılmarıq. Dövlət başçımızın ÇXR-na səfəri çərçivəsində imzlanmış sənədlər və Birgə Bəyanat ölkələrimiz arası münasibətləri yeni səviyyəyə qaldıracaqdır. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin Çinə səfəri tarixi əhəmiyyət daşıyır və bu günün dəyişkən nizamı olan dünyada ölkəmizin mövqelərini möhkəmləndirir”.

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi
13:44 26.07.2025
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil
13:13 26.07.2025
Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil
Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib
12:47 26.07.2025
Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib
Qiyas cehizə görə intihar edib? - Anası danışdı - Video
12:29 26.07.2025
Qiyas cehizə görə intihar edib? - Anası danışdı - Video