Çin Borrellin Pekinə səfərini təxirə salıb

Çin Borrellin Pekinə səfərini təxirə salıb
DÜNYA
19:54 04.07.2023
253
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin gələn həftə üçün Çinə planlaşdırılan səfəri təxirə salınıb.

Bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massralı "Reuters"ə bildirib.

"Təəssüf ki, çinli həmkarlarımız bizə məlumat verdilər ki, gələn həftəyə nəzərdə tutulan tarixlər artıq mümkün deyil və biz indi alternativlər axtarmalıyıq”, - o qeyd edib.

Qeyd edək ki, Aİ-nin Ali Nümayəndəsinin Pekinə səfəri iyulun 10-a planlaşdırılmışdı.
 
///Apa
OXŞAR XƏBƏRLƏR