AZXEBER.COM xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Ərazidə olan digər gəmilərə də xəbərdarlıq edilərək xilasetmə işlərinə kömək göstərilməsi xahiş olunub.
Yerli polis nümayəndəsi agentliyə bildirib ki, hakimiyyət orqanları hələlik neçə nəfərin xilas edildiyini müəyyənləşdirməyə çalışır.
"Biz neçə heyət üzvünün xilas edildiyini dəqiq bilmirik", - deyə o bildirib. Polis nümayəndəsi dənizçilərin əksəriyyətinin Çin vətəndaşları olduğunu da əlavə edib.











































