Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır

Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
337
Çin İsrailin Qəzza sektoruna nəzarəti ələ keçirmək planları ilə bağlı "ciddi narahatlıq" ifadə edir və onu "təhlükəli hərəkətlərini dərhal dayandırmağa" çağırır.

Bu barədə ÇXR XİN-də bildiriblər.

"Qəzza Fələstin xalqına məxsusdur və onun ərazisinin ayrılmaz hissəsidir. Qəzza sektorunda humanitar böhranı yüngülləşdirməyin və girovların azad edilməsinə nail olmağın yeganə yolu dərhal atəşkəsdir", - XİN-də bildiriblər.

ÇXR həmçinin "beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək sektorda döyüş əməliyyatlarına mümkün qədər tez son qoymağa" hazır olduğunu ifadə edib.
 
///report
OXŞAR XƏBƏRLƏR